Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyini ATƏT-ə təqdim etdi
Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçiriləcək 26-cı illik görüşü ərəfəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətrafında münaqişənin sülh yolu ilə həllinə dair dövlətimizin mövqeyini təqdim edib.

AZƏRTAC xəbər verir ki, nümayəndəliyin yaydığı məlumatda Azərbaycanın ATƏT-in Minsk qrupu formatında münaqişənin siyasi yollarla həllinə sadiq qaldığı ifadə olunub.

Qeyd edilib ki, münaqişənin həlli üçün hüquqi və siyasi əsaslar ABŞ Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində, həmçinin ATƏT-in müvafiq sənədlərində və qərarlarında təsbit edilib.

Məlumatda daha sonra bildirilir ki, münaqişənin həlli yalnız Helsinki Yekun Aktında təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür:

“Azərbaycan münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, xüsusən 1994-cü ildə Budapeşt Sammitinin qərarlarına söykənən mərhələli yanaşmaya sadiqdir. İlk addım münaqişənin fəsadlarının aradan qaldırılmasıdır, beləliklə bu Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, zorla didərgin düşmüş azərbaycanlı əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması və bu ərazilərdəki əmlakların onlara qaytarılması, qarşılıqlı istifadə və bu ərazilərin iqtisadi inkişafı üçün bölgədə bütün kommunikasiyaların açılması ilə nəticələnəcək”.

Yekunda bildirilib ki, həll prosesinin növbəti mərhələsi Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın daxilində Dağlıq Qarabağ bölgəsinin əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir:

“Bu status bölgədəki erməni və azərbaycanlı icmaların dinc yanaşı yaşamasını təmin edəcək və bütün insan hüquqları və əsas azadlıqlarının bərabər əsasda və ayrıseçkilik olmadan tam təmin edilməsinə imkan verəcək. Statusun müəyyənləşdirilməsi dinc şəraitdə, qanuni proses yolu ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan Hökuməti ilə qarşılıqlı əlaqədə olaraq qanuni və demokratik proses çərçivəsində baş tutacaq.

Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir. Münaqişənin siyasi həlli hərtərəfli iqtisadi inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradacaq”

Son xəbərlər

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31