Murovdağ tunelinin inşasından yeni GÖRÜNTÜLƏR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun və Murovdağ tunelinin inşasını sürətlə davam etdirir.

Bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.

Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Toğanalı-Kəlbəcər layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır.

Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Əlavə olaraq 561.2 m, 626.9 m və 947.90 m uzunluğunda 3 tunelin tikintisi də həyata keçirilir.

Sol və sağ hissələrdən ibarət olan, Sol hissəsi 11 654,37 metr, Sağ hissəsi isə 11 658,91 metr uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 4 684 metr qazma və püskürtmə işləri, 2 012 metr isə kəmər betonu işləri tamamlanıb, Sağ istiqamət üzrə isə ümumilikdə 4 849 metr qazma və püskürtmə işləri, 660 metr isə kəmər betonu işləri tamamlanıb.

561,2 m uzunluğunda olan Tunel №1-də, 626,9 m uzunluğunda olan Tunel №2-də və uzunluğu 947,9 m təşkil edən Tunel №4-də artıq qazma, püskürtmə betonu işləri tamamlanıb.

Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Layihə üzrə yolun hərəkət hissəsinin eni 7,5-14 m təşkil edir.

Hazırda layihənin müəyyən hissələrində layihə-axtarış, geologiya və torpaq işləri aparılır. Belə ki, tikinti norma və standartlarına uyğun olaraq təməl üçün materialların təmin edilməsi, ağır vərdənə ilə əsasın tələb olunan kipliyə çatdırılması və torpaq yatağının səth sularından qorunması üçün torpaq küvetlərin çəkilməsi işləri görülür. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və 10-21.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Layihə çərçivəsində avtomobil yolunda suların ötürülməsini təmin etmək məqsədilə 159 ədəd dairəvi boru,113 ədəd düzbucaqlı boru, 17ədəd U tipli və düzbucaqlı suötürücü qurğular, həmçinin 5 363 metr uzunluğa malik istinad divarının və 36,346 m daş divarın inşası işləri də icra olunacaq. Sadalanan işlər üzrə artıq 39 dairəvi, 40 düzbucaqlı borunun, 9 U tipli və düzbucaqlı suötürücü qurğuların, 5 590 m daş divarın və 2 871 m istinad divarının tikintisi yekunlaşıb.

Tikinti işləri Agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin vaxtında yekunlaşdırılması məqsədilə Agentlik əraziyə lazımi sayda qüvvə cəlb edib.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Son xəbərlər

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31