Ceyhun Bayramov Bolqarıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb
Fevralın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Ruslan Stoyanovu qəbul edib. Səfir Ruslan Stoyanov etimadnaməsinin surətini nazirə təqdim edib.

AZƏRTAC Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, nazir Ceyhun Bayramov səfir Ruslan Stoyanovu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, energetika sahələrində ikitərəfli münasibətlərin mövcudluğuna məmnunluqla istinad edən nazir Ceyhun Bayramov, münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirib.

Əlaqələrin inkişafında Azərbaycan və Bolqarıstan arasında mövcud siyasi dialoq və yüksək səviyyəli səfərlərin və təmasların mühüm rol oynadığı diqqətə çatdırılıb. Xüsusilə, energetika sahəsində səmərəli əməkdaşlığın təcəssümü kimi ötən il Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyəti qeyd olunub. Bu xüsusda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolundan geniş bəhs edilib.

Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edən səfir Ruslan Stoyanov, Azərbaycan və Bolqarıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli səviyyələrdə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğunu qeyd edib. Bu xüsusda, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Bolqarıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb
Ceyhun Bayramov Bolqarıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb
Ceyhun Bayramov Bolqarıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

Son xəbərlər

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

ŞUŞAM... "Zərif kölgələr"ədəbi klubu ilə Şuşanı ziyarət etdik...

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31