Nobel mükafatı alan bakılı alim - Lev Landau
Yanvarın 22-si Lev Landaunun doğum günüdür

Dünyaşöhrətli fizik, Nobel mükafatı laureatı, bakılı Lev Davidoviç Landaunun anadan olmasından 115 il keçir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yanvarın 22-si Lev Landaunun doğum günüdür. O, 1908-ci ildə Bakının Balaxanı qəsəbəsində neft mühəndisi ailəsində dünyaya gəlib. 1916-cı ildə gimnaziyaya qəbul olunub və 12 yaşında buranı əla qiymətlərlə başa vurub. Onun ali məktəbdə oxuması üçün hələ çox gənc olduğunu nəzərə alaraq valideynləri gələcək fizikin iki il Bakı İqtisadiyyat Texnikumunda oxuması barədə qərar qəbul edirlər. 1922-ci ildə 14 yaşlı L.Landau müvəffəqiyyətlə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) qəbul olunur və eyni vaxtda iki fakültədə - Fizika-riyaziyyat və Kimya fakültələrində təhsil alır. Kimya elmi gənc Landaunu çox maraqlandırıb. Lakin birinci semestrdən sonra o, yəqin edir ki, fizika və riyaziyyat daha maraqlı və ürəyincədir. İlk elmi çıxışlarına o, universitetdə başlayıb. Əla oxuması və imtahanlarda olduqca yüksək nəticələr göstərməsi bu gənci universitetdə məşhurlaşdırıb. Məhz Bakıda aldığı təhsil onu gələcək elmi axtarışlarının və nailiyyətlərinin, nəzəri fizikaya gətirdiyi fundamental və klassik yeniliklərin, ümumiyyətlə, fizika elmində yaratdığı yeni üslubun və nəzəri fizika sahəsində yaratdığı böyük məktəbin əsası olub. L.Landau çox gənc olmasına baxmayaraq, nəzəri fizika üzrə gələcək dahi alim kimi keçmiş SSRİ-nin elm mərkəzi sayılan Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yola salınıb. 1924-cü ildə 16 yaşlı oğlan Leninqrad Dövlət Universitetinin (LDU) Fizika-riyaziyyat fakültəsinə köçürülüb.

1926-cı ildə L.Landaunun “İkiatomlu molekulların spektrləri nəzəriyyəsi” adlı ilk elmi əsəri çap olunub. Bu elmi işi onu daha da məşhurlaşdırıb. 1927-ci ildə LDU-da təhsilini başa vurub. Leninqrad Fizika-Texnika İnstitutunun aspiranturasında təhsilini davam etdirən gənc 21 yaşında elmlər doktoru dərəcəsini alıb. 1929-cu ildə ilk dəfə Avropaya getmək imkanı əldə edib. Almaniyada qısa müddət qaldıqdan sonra Kopenhagenə yollanıb və burada Nils Borun Nəzəri Fizika İnstitutunda çalışıb. O, həmişə özünü N.Borun tələbəsi hesab edib. Kopenhagendən sonra o, SSRİ-yə qayıdıb. 1932-1937-ci illərdə L.Landau Xarkov Mexanika və Maşınqayırma İnstitutunun Nəzəri fizika kafedrasına rəhbərlik edib. 1936-1937-ci illərdə “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini yaradıb, bu problemlərə həsr olunmuş elmi məqalələrlə çıxışlar edib. Həmin dövrdə L.Landau artıq dünyada məşhur nəzəriyyəçi fizik kimi tanınıb. 1937-ci ilin fevralında Moskva Fiziki Problemlər İnstitutuna dəvət olunub və həmin institutda nəzəriyyə şöbəsinə rəhbərlik edib.

Elmi nailiyyətlərindən başqa L.Landau, eyni zamanda, keçmiş SSRİ-də nəzəri fizika elminin aparıcı Landau məktəbinin əsasını qoyub. Onun yaratdığı bu məktəb sovet elminə Lev Pitayevski, Aleksey Abrikosov, Arkadi Levanyuk, Yevgeni Lifşitz, Lev Qorkov, İsak Xalatnikov və Boris Yoffe kimi fiziklər bəxş edib.

1962-ci il yanvarın 7-də L.Landau ciddi avtomobil qəzasına uğrayıb. Bu qəzadan ciddi xəsarət alan alim üç ay komada yatıb. 1962-ci ilin noyabrında ona Nobel mükafatı verilməsi barədə teleqram alıb. Nobel Komitəsinin tarixində ilk dəfə xüsusi hal kimi məşhur fizik L.Landaunun Stokholma gedə bilməməsi nəzərə alınıb və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edib. O, bir daha əvvəlki fəaliyyətinə qayıda bilməyib. Dahi fizik 1968-ci il aprelin 1-də Moskva şəhərində vəfat edib.
Nobel mükafatı alan bakılı alim - Lev Landau

Son xəbərlər

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

QƏLƏMİN HİKMƏTİ – SÖZÜN QÜDRƏTİ (NİCAT ƏRTÜRK YARADICILIĞINA ELMİ-ƏDƏBİ BAXIŞ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31