Ali Məhkəmənin Plenumunun iclasında məhkəmələrə yeni təyin olunan 40 hakim and içib
Yanvarın 16-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Plenumun iclasında çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisini təmin etmək üçün sosial-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasına və bu sahədə davam edən islahatların dərinləşməsinə təkan verib.

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının Məhkəmə fəaliyyəti üçün mühüm “yol xəritəsi” olduğunu qeyd edən Ali Məhkəmənin sədri, ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərdiyini vurğulayıb.

Fərmanla əlavə ayrılmış 200 hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi qeyd olunub. Bildirilib ki, növbəti çoxmərhələli, şəffaf və beynəlxalq standartlara uyğun seçim prosedurlarında, o cümlədən test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanan 40 nəfər hakimliyə namizəd birillik tədris kursunu, məhkəmələrdə staj keçməni və digər mərhələləri uğurla başa vurub. Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 13 yanvar tarixli Sərəncamı ilə seçimlərdə uğur qazanan namizədlər bir sıra birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunublar.

Ali Məhkəmənin sədri hakimliyə namizədlərin yüksək bilik və peşə vərdişi nümayiş etdirərək hakim vəzifələrinə təyin olunmaları münasibətilə təbrik edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edilib ki, hazırda hakimliyə namizədlərin tam əksəriyyətini yeni nəsil, o cümlədən xaricdə təhsil almış, elmi dərəcələrə yiyələnmiş gənc hüquqşünaslar təşkil edir. Onlar müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, dövlət və özəl müəssisələrdə müvəffəqiyyətlə çalışıblar.

Həmçinin yeni təyinat alanların 40 faizə qədərinin qadınlar təşkil etməsini diqqətə çatdıran Ali Məhkəmənin sədri bunun ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsinin əyani sübutu olduğunu bildirib.

Plenum iclasında məhkəmələrə yeni təyin olunan 40 hakim “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

Çıxış edənlər yeni təyin olunmuş hakimlərə ədalət mühakiməsini həyata keçirərkən daim qanunun aliliyini təmin etmələrini tövsiyə edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi məhkəmə kollegiyalarının, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkiblərinin və kassasiya instansiya məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərdən ibarət qarışıq tərkibdə baxılmasına dair məhkəmə tərkibinin yenidən təşkili və Azərbaycan Respublikası Vəkillərin İxtisas Komissiyasının hakim üzvlərinin təyin edilməsi məsələlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bununla da Plenum öz işinə yekun vurub.
Ali Məhkəmənin Plenumunun iclasında məhkəmələrə yeni təyin olunan 40 hakim and içib
Ali Məhkəmənin Plenumunun iclasında məhkəmələrə yeni təyin olunan 40 hakim and içib
Ali Məhkəmənin Plenumunun iclasında məhkəmələrə yeni təyin olunan 40 hakim and içib

Son xəbərlər

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31