Tanınmış teatr xadimi Natiq Gülməmmədov vəfat edib
Bu gün axşam saatlarında Azərbaycanın tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi Natiq Gülməmmədov ürək çatışmazlığından vəfat edib.

Turaztv.az "Ölkə.az"-a istinadən xəbər verir ki, Gülməmmədov Natiq Məmməd oğlu 1955-ci il iyunun 10-da Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “mədəni maarif” fakültəsinə daxil olub, 1991-ci ildə İnstitutu bitirmişdir.

1973–1979-cu illərdə Naxçıvan Dram Teatrında müxtəlif sahələrdə işləmişdir. 1980–1988-ci illərdə Musiqili Komediya Teatrında bədii quruluş hissə müdiri, 1988–1997-ci illərdə Akademik Milli Dram Teatrında baş inzibatçı, 1997–2003-cü illərdə Musiqili Komediya Teatrında baş inzibatçı, 2003–2010-cu illərdə Akademik Milli Dram Teatrında direktor müavini, 2010–2015-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifələrində çalışmışdır.

2016-cı ilin yanvar ayından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunmuşdur. 2016-cı il dekabr ayında Akademik Milli Dram Teatrının sərəncamçı direktor vəzifəsindən azad edilib və həmin ay Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin edilib. 2022-ci ildən yaşı ilə əlaqədar təqaüdə çıxmışdır.

Qeyd edək ki, Natiq Gülməmmədov həmçinin tanınmış televiziyaçı, Türkiyədə ümumrespublika kanalı olaraq yayımlanan “Haber Global” televiziya kanalının Baş direktoru Məmməd Gülməmmədovun əmisidir.

Son xəbərlər

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31