Mirqasımovdan Mehdiyevə kimi - Akademiya­nın bütün prezidentləri - DOSYE
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiya­sının (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağında akademik Ramiz Mehdiyev qurumun yeni prezidenti seçilib.

Turaztv.az xəbər verir ki, Ramiz Mehdiyev eyni zamanda AMEA-nın sayca 11-ci prezidenti olub.
Məlumat üçün bildirək ki, Azərbaycan Elmlər Akademiya­sı SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə yaradılıb. Akademiya 1932-35-ci illərdə ­SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi, 1935-45-ci illərdə isə SSRİ EA Azərbaycan Filialı kimi fəaliyyət göstərib.

1945-ci ildə bu günə kimi Elmlər Akademiya­sına rəhbərlik edən şəxslər bunlar olub:
1. Mirqasımov Mirəsədulla Mirələsgər oğlu 1883-cü il noyabrın 17-də Bakıda anadan olub. 1945-ci ildə - 62 yaşında Elmlər Akademiya­sının ilk prezidenti seçilib. Vəzifəsini 1947-ci ilə kimi (2 il) davam etdirib. M.Mirqasımov 19 iyul 1958-ci ildə Bakıda vəfat edib, Fəxri Xiya­ban­da dəfn olunub.

2. Məmmədəliyev Yusif Heydər oğlu 1905-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olub. 1947-ci ildə - 42 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 1950-ci ilə kimi (3 il) davam etdirib. 1958-ci ildə 2-ci dəfə Elmlər Akademiya­sının prezidenti seçilib və 1961-ci ilə kimi (3 il) bu vəzifədə olub. Y. Məmmədəliyev 1961-ci ildə vəfat edib.

3. Əliyev Musa Mirzə oğlu 1908-ci ildə Şa­maxı şəhə­rində ana­dan olub. 1950-ci ildə - 42 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 1958-ci ilə kimi (8 il) davam etdirib. Musa Əliyev 1985-ci ildə Moskvada vəfat edib, Bakıda dəfn olunub.

4. Xəlilov Zahid İsmayıl oğlu 1911-ci il fevralın 14-də Tiflis şəhərində anadan olub. 1961-ci ildə - 50 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 1967-ci ilə kimi (6 il) davam etdirib. Zahid Xəlilov 1974-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.

5. İsmayılov Rüstəm Hacıəli oğlu 1909-cu il iyulun 1-də Bakı şəhərində anadan ol­ub. 1967-ci ildə - 58 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 1970-ci ilə kimi (3 il) davam etdirib. Rüstəm İsmayılov 1972-ci ildə Bakıda vəfat edib.

6. Abdullayev Həsən Məmmədbağır oğlu 20 avqust 1918-ci ildə Naxçıvan MR-də anadan olub. 1970-ci ildə - 58 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 1983-cü ilə kimi (13 il) davam etdirib. 1 sentyabr 1993-cü ildə Bakı şəhərində vəfat edib.

7. Salayev Eldar Yunus oğlu 1933-cü il de­kabrın 31-də Naxçıvan şəhərində ana­dan ol­ub. 1983-cü ildə - 50 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 1997-ci ilə kimi (14 il) davam etdirib. Hazırda 86 yaşı var...

8. Maqsudov Fəraməz Qəzənfər oğlu 1930-cu il martın 20-də Naxçıvan şəhərində anadan olub. 1997-ci ildə - 67 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 2000-ci ilə kimi (3 il) davam etdirib. Akademik Fərəməz Maqsudov 2000-ci ildə Bakıda vəfat edib, Fəxri Xiya­banda dəfn edilib.

9. Kərimov Mahmud Kərim oğlu 18 oktyabr 1948-ci ildə keçmiş Ermənistan SSR, İrəvan şəhərində anadan olub. 2000-ci ildə - 52 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 2013-cü ilə kimi (13 il) davam etdirib. Mahmud Kərimov 2013-cü ildə vəfat edib.

10. Əlizadə Akif Ağa Mehdi oğlu 1934-cü ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə - 79 yaşında Elmlər Akademiya­sının prezidenti seçilib. Vəzifəsini 2019-cu ilə kimi (6 il) davam etdirib. Hazırda 85 yaşı var...

11. Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 2019-cü ildə - 81 yaşında Elmlər Akademiya­sının sonuncu prezidenti seçilib...(Yeniavaz.com)

Son xəbərlər

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31