
Xəbərlər / Nesr
1.09.2022, 23:07
Əsəbi halda cavab verdi...Hamlet TOFİQOĞLU
Əsəbi halda cavab verdi...
İsti yay günlərindən biri idi. Televizorun qarşısında oturub hava haqqında məlumatı dinləyirdim. Hündürboy, gözəl qızın son sözləri belə oldu. Metrohəssas insanlar bu günün müxtəlif saatlarında daha da ehtiyatlı olsunlar, evdən çıxarkən özünüzlə su götürməyi unutmayın! Elə bu anda bir dostumdan mənə zəng gəldi zarafatyana belə dedi: - Bu gün hava çox istidir “Gedək üzü küləyə” – isti olmayan yerə. Nə isə...Üz tutduq şimala doğru. Ölkədaxili sanatoriyaların birində 5 gün müddətinə qalmalı olduq. Doğrudan da yerimiz sərin idi. Füsunkar gözəl bir təbiət, ətrafı meşəlik, qarşı tərəfi dəniz və dənizin hayqırtısı hərdən də bulud gəlir, yağış yağır dayanır, yenidən ildırım nərə çəkir...
Olduğumuz yerin təzə təmirdən çıxmış böyük və sadə yeməkxanası var idi. Gündə 3 dəfə yemək verilirdi. Peşəsini sevən aşpazlar, ofisiantlar, gözəl səliqəli personal, layiqli nümunəvi bir dəfəyə 200-250 nəfərə xidmət göstərirdilər,amma yemək yeyərkən birdə görürdün ki,müxtəlif səsli telefon zəngləri qarışıb bir-birinə. Bir də həyatımızın sevinci olan gül balalar, körpə uşaqlar ağlaşırlar. Hərdən də qabaqlarına qoyulan yeməyi qaşıqla vurub dağıdırdılar.Mənə çox maraqlı gəldi, öz-özümə dedim sabah bu sirri öyrənməliyəm.Səhəri günü nahar etməzdən əvvəl bir neçə intellektual ailələrə yaxınlaşdım sorğu apardım. Uşaq nə səbəbə ağlayır,yemək yemir,yeməyi dağıdır,tez bir müddətdə də sakitləşir yeməyə davam edir. Hamıdan bir daha soruşduqda eyni bir cavab aldım.Əsas səbəb uşaqlar telefon istəyir. Həmçinin özləri yaxşı istifadə etməyi də bacarırlar. Uşaqlardan biri deyir internet-“çap-çap” digəri “top-top”, “iqra” balacalar “maşa” və s. uşaqlar telefona baxa-baxa yemək yeyirlər, telefonla yatırırlar səhər yuxudan qalxan kimi emosional vəziyyətdə ilk sözü hanı mənim telefonum? Çağıranda eşitmirlər sanki robotlaşma gedir. Həyat belə davam edir, ünsiyyət tədricən itir, yadlaşma gedir.Həyat belə davam edir,telefonlar isə artıq ailələrin əziz bir üzvünə çevrilir.
Belə qərara gəldim ki,bir daha gənclərlə,orta yaşlılarla və yaşlı nəsillərlə söhbət etdim,fikirləşdim ki,uşaqların əsəbi,aqressiv olmasını nəzərə alıb tibb aləminə baş çəkdim.(Qnikoloq,pediator,nervpotoloq,psixoloq,radioloq) Hətta heyvanlar aləmində kompüterdə onlar üçün musiqi,avtomatik yemləmə,suvarma,süd sağılmasının və s.texnikanı nəzərə alıb zootexniklə söhbətlər apardım. Həkimlərdən və digər şəxslərdən telefonla əlaqədar kimdən nə soruşdumsa əsəbi halda belə cavab aldım. Bizdə də eyni vəziyyətdir.
Son zamanlar,ən çox narahat olanlar,
Valideyn – uşaqlarla qura bilməz planlar,
Baba-nənə ağıllı bir söz deyir,
Uşaq dayanmadan təcili cavab verir.
Ay,keçən əsrdən qalanlar!
Bəsdirin!, bizə dediz nağıllar və yalanlar!
Məlikməmməd,cırtdan heç div də yoxdur,
Göydən düşməyir sonda üç alma
Götürə bilsən nənə,üçün də sən götür.
Çalış ki,heç kimdən geridə qalma,
Baba biri vardır,biri yox deyib vaxtımı alma!
Axşam evinə get sən bizdə qalma,
Zəmanə dəyişdi gör nələri gördü gözüm,
Bəzən uşaq tanımır atasını,
İnək tanımır balasını,
Tibbdə innovasiya,zootexniki inkişaf,
İlahi,nələr eşitdik,nələr gördük,
Köhnə nəsil bax bu dərdlərə birtəhər dözdük.
İndi başqa dövr,başqa zamandır
Kopirovka zamanı,kompüter əsridir.
İndi gələn uşaqlar robotun da ayfonun da nəslidir
Həkim təsdiq etdi ki,müasir doğulanlar
Sanki telefon səslidir.
Bu nə müasirlik? Bu nə yenilik?
Yaşayarkən əlimizdən gedir dirilik,
Yeni nəsillərə köhnəni sintez edəndə,
Çatışmır ünsiyyət,sevgi bir də ki,birlik.
Həkimə,musiqi müəlliməsinə verdim 1 sual,
Uşaq dünyaya tez gəlir,yoxsamı telefon?
2-si birlikdə cavab verdilər:
Bəstəkarın ən gözəl əsəri:
-Uşaq qığıltısı birdə ki,inqə-inqə
İnnovatik sistemdə inqə ixtisar olunur qoyulur dincə
İndi isə uşağın doğuş anı ayfonla çəkilir
Göbəyi düşərkən Azərselin həyətində əkilir.
Qapısına yazılır,divara da bərkidilir
“Azərselin ömrünə xoş gəlmisən övladım”,
Müasir bir zamanda,
Uşaq ilk dəfə dil açanda,
Ata-ana demək əvəzinə,
Sual vermişdir belə,
Hanı? 9 ay ananın qarnı üstə olan telefon,
Yoxdursa bilin və agah olun!
Mənə təcili almalısınız,
Son model İphone!
Valideyn – uşaqlarla qura bilməz planlar,
Baba-nənə ağıllı bir söz deyir,
Uşaq dayanmadan təcili cavab verir.
Ay,keçən əsrdən qalanlar!
Bəsdirin!, bizə dediz nağıllar və yalanlar!
Məlikməmməd,cırtdan heç div də yoxdur,
Göydən düşməyir sonda üç alma
Götürə bilsən nənə,üçün də sən götür.
Çalış ki,heç kimdən geridə qalma,
Baba biri vardır,biri yox deyib vaxtımı alma!
Axşam evinə get sən bizdə qalma,
Zəmanə dəyişdi gör nələri gördü gözüm,
Bəzən uşaq tanımır atasını,
İnək tanımır balasını,
Tibbdə innovasiya,zootexniki inkişaf,
İlahi,nələr eşitdik,nələr gördük,
Köhnə nəsil bax bu dərdlərə birtəhər dözdük.
İndi başqa dövr,başqa zamandır
Kopirovka zamanı,kompüter əsridir.
İndi gələn uşaqlar robotun da ayfonun da nəslidir
Həkim təsdiq etdi ki,müasir doğulanlar
Sanki telefon səslidir.
Bu nə müasirlik? Bu nə yenilik?
Yaşayarkən əlimizdən gedir dirilik,
Yeni nəsillərə köhnəni sintez edəndə,
Çatışmır ünsiyyət,sevgi bir də ki,birlik.
Həkimə,musiqi müəlliməsinə verdim 1 sual,
Uşaq dünyaya tez gəlir,yoxsamı telefon?
2-si birlikdə cavab verdilər:
Bəstəkarın ən gözəl əsəri:
-Uşaq qığıltısı birdə ki,inqə-inqə
İnnovatik sistemdə inqə ixtisar olunur qoyulur dincə
İndi isə uşağın doğuş anı ayfonla çəkilir
Göbəyi düşərkən Azərselin həyətində əkilir.
Qapısına yazılır,divara da bərkidilir
“Azərselin ömrünə xoş gəlmisən övladım”,
Müasir bir zamanda,
Uşaq ilk dəfə dil açanda,
Ata-ana demək əvəzinə,
Sual vermişdir belə,
Hanı? 9 ay ananın qarnı üstə olan telefon,
Yoxdursa bilin və agah olun!
Mənə təcili almalısınız,
Son model İphone!
Hamlet TOFİQOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















