“Yeni İctimai Nəzarət Şurası” adı altında təşkilatlanmış mütəşəkkil dəstə barəsində cinayət işinin istintaqı yekunlaşıb
Xəbər verildiyi kimi, dövlət qeydiyyatından keçirilmədən qanunsuz yaradılmış “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın fəaliyyətinə cəlb edilmiş şəxslərlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə respublikanın bir çox rayon və şəhərləri üzrə bölmələri və yüzlərlə üzvü mövcud olan həmin qanunsuz təşkilatın sədri Ramil Şükürovun rəhbərlik etdiyi qurumun adının cəmiyyətdə formalaşdırdığı guya ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət, müdaxilə imkanı və rəhbər vəzifəli şəxslərlə münasibətlərin olmasına dair uydurma görüntüdən istifadə edərək vətəndaşlara qarşı bir sıra qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Ramil Şükürov özünü və əlbir olduğu dəstə üzvlərini müxtəlif dövlət qurumları və müəssisələrə işə qəbul olunma, hüquqi şəxslərin fəaliyyətlərinin bərpa edilməsi, şəhidlik statusunun verilməsi, hüquq-mühafizə orqanlarında istintaqı aparılan cinayət işləri və məhkəmələrdə baxılan işlər üzrə şəxslərin azadlığa buraxılmalarının təmin edilməsi, o cümlədən əlillik dərəcəsinin alınmasında köməklik göstərilməsi imkanına malik şəxslər kimi təqdim edərək vətəndaşlara, xüsusilə də əhalinin sosial baxımdan həssas təbəqəsinə məxsus pul vəsaitlərini ələ keçirmək məqsədilə fəaliyyət göstərən sabit cinayətkar qrupun rəhbəri olub.

Qeyd edilən üsul və məqsədlə onun birbaşa, habelə cinayətkar qrupun digər üzvləri olan - həmin Şuranın Qazilər və veteranlarla iş üzrə sədr müavini olan Koroğlu İbrahimov və tanışı Diləfruz Mustafayeva ilə birlikdə rəsmi sənədləri saxtalaşdırıb qanunsuz istifadə edərək onlara müraciət edən çoxsaylı vətəndaşlara məxsus ümumilikdə 219 min 570 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Ramil Şükürovun tanışı Elçin Aslanlı ilə qabaqcadan əlbir olaraq digər vətəndaşdan tələb etdiyi 100 min manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə də əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlarla əvvəllər məhkum olunmaqla əməlində xüsusi təhlükəli residiv olan Ramil Şükürova və əməlində təhlükəli residiv olan Elçin Aslanlıya, habelə Koroğlu İbrahimov və Diləfruz Mustafayevaya törətdikləri əməllərə müvafiq olaraq Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31