BÖYÜK ƏMANƏT - Təranə MƏFTUN
(Vətən müharibəsinin şəhidi
əsgər ƏLİYEV TAHİR MAHİR
oğlunun əziz xatirəsinə)
20.07.2001 - 13.10.2020

1
Vətən torpağında ucalar insan,
Vətən havasıyla o, yetər başa.
Hər qaya bir tarix, hər daşı dastan,
Buluddan sığallar çəkilər qaşa.
2
Hər oğlun qəlbində böyük arzu var:
-Hərbi xidmətini şərəflə etmək.
Əgər lazım olsa ona borc olar,
Vətənin yolunda ölümə getmək.
3
Tahir də bitirdi orta məktəbi,
Həvəslə yollandı hərbi xidmətə.
Həyatın başqaydı ondan tələbi,
İndi o, sahibdi bir əmanətə.
4
Əmanət müqəddəs ana Vətəndir,
Onun hər bir qarış torpağı əziz.
Dirilik gətirən cana Vətəndir,
Ananın südütək suyu saf, təmiz.
5
Böyük əmanətə olan xəyanət,
Coşdurdu damarda qeyrət qanını.
Başlandı döyüşdə könüllü xidmət,
Azad eyləməyə Torpaq Ananı.
6
Füzuli uğrunda döyüş gedəndə,
Tahir içindəydi odun, alovun.
Torpağı düşməndən azad edəndə,
Gözləri əbədi yumuldu onun.
7
On doqquz yaşında gənc döyüşçünün,
Ürəyi düşmənə nifrətlə doldu.
Döyüşdə Füzuli torpağı üçün,
Yeri şəhidliyin zirvəsi oldu.
8
Ölmündən sonra da anıldı adı,
Medallar verildi, təltif olundu.
Xidməti layiqli qiymətin aldı,
Adı əbədilik tarixdə qaldı.

21.05.2022 VI gün 05:40 TƏRANƏ MƏFTUN

BÖYÜK ƏMANƏT - Təranə MƏFTUN

Son xəbərlər

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

QƏLƏMİN HİKMƏTİ – SÖZÜN QÜDRƏTİ (NİCAT ƏRTÜRK YARADICILIĞINA ELMİ-ƏDƏBİ BAXIŞ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31