
Xəbərlər
30.09.2019, 14:28
Azərbaycanın ən ağırçəkili cüdoçusu Lüksemburqda qızıl medal qazanıb - FOTO

Lüksemburqda keçirilən cüdo üzrə Avropa açıq kuboku yarışı başa çatıb.
Oxu.Az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha iki medal qazanıb.
Kişilər arasında +100 kq çəki dərəcəsində mübarizə aparan İmran Yusifov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Daha bir təmsilçimiz Aslan Mirzəyev (-100 kq) Avropa kubokunun bürünc medalına sahib olub.
Beləliklə milli komandamızın üzvləri Lüksemburq yarışında dörd medal (bir qızıl, üç bürünc) qazanıb. Turnurin ilk günü Aleksandra-Larisa Florian (-57 kq) və Rəşad Yelkiyev (-60 kq) III yeri tutmuşdu.
Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












