DÜNYA MƏNƏ DAR GƏLİR - Murad Məhərrəmov
DÜNYA MƏNƏ DAR GƏLİR
Nə tez ötdü günüm, ayım, illərim,
Solub getdi çəmənimdə güllərim,
Tellərinə toxunmaz ki əllərim,
Daha sevmək, sevilmək də ar gəlir,
Dünya mənə niyə belə dar gəlir?!
******
Başım üstən ötüb keçdi durnalar,
Arxasınca gözlərimdən qan damar,
Daha yolum kələ- kötür, nahamar,
Gül bağçamda tikan bitir, xar gəlir,
Dünya mənə niyə belə dar gəlir?!
******
Nə verdi ki, sonsuz arzu, ümidlər?
Qalan qaldı, gedənlər də gediblər.
Əyib yerə başın salxım söyüdlər,
Gözüm yolda, qəlbə ahu-zar gəlir,
Dünya mənə niyə belə dar gəlir?!
******
Dost-tanışı qəlbə yaxın bilmişəm,
Namərdini ürəyimdən silmişəm,
Pərdə üstə bir sarıca simmişəm,
Köksüm üstə kökdən düşən tar gəlir,
Dünya mənə niyə belə dar gəlir?!
******
Doğmaların soyuqluğu izimdə,
Sınıb qanad, qançır olub dizim də,
Kim olar ki,mənim tabda, dözümdə,
Sönüb ocaq, külüm altda qor gəlir,
Dünya mənə niyə belə dar gəlir?!
******
Gözlərimdən qaçırıbdır yxumu,
Azım qalıb, əldən alıb çoxumu,
Sındırıbdır kamanımı, oxumu,
Ovlağıma tülək tərlan, sar gəlir,
Dünya mənə niyə belə dar gəlir?!
******
Hələ qəlbdə şirin dilək, xoş arzu,
Titrək əlim o qönçəyə tamarzı,
Könlüm məndən,mən könlümdən narazı,
Baharımdan payızıma yar gəlir,
Dünya mənə niyə belə dar gəlir?!
******
Yaşasam da kasıb koma, sarayda,
Mən sahildə, ömrüm qalıb o tayda,
Baxıb keçdim pəncərədən, nə fayda?
Göylərimdən piltə-piltə qar gəlir,
Dünya mənə niyə belə dar gəlir?!
******
Düşünürəm, qəmlənirəm hər səhər,
Dənizimdə mürgüləyir ləpələr,
Köksüm altda hələ şirin nəğmələr,
Çiçək açıb qönçələnir, bar gəlir,
Dünya mənə niyə belə dar gəlir?!


MURAD MƏHƏRRƏMOV

Son xəbərlər

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31