"Uşaqların qızdırması olarsa..." - MÜHÜM AÇIQLAMA
Kliniki Tibbi Mərkəzin tabeliyində olan iki saylı Klinik Uşaq Xəstəxanasına bu il virus xəstəlikləri ilə bağlı müraciət edənlərin sayı artıb.

Ümumiyyətlə uşaqlar arasında mövsümi xəstəliklər hər il qeydə alınsa da, pandemiya başlayandan müraciətlərin sayında artım müşahidə edilir.


Son dövrlər artımın əsas səbəblərindən biri isə uşaqların bağçalara, məktəblərə getməsidir. İndi sağlam, ya xəstə - bütün uşaqlar məktəbə, bağçaya gedir. Bu, xəstəliyin çoxalmasına səbəb olur. Tövsiyə olunur ki, valideynlər xəstə uşaqları bağçaya və məktəbə göndərməsinlər.

Turaztv.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə pediatr-infeksionist Rəna Hüseynova məlumat verib.

Həkim-infeksionist bildirib ki, hazırda xəstəxanalara ən çox uşaq yuxarı tənəffüs yollarının, xüsusilə qırtlaq və nəfəs borusunun iltihabı olan inaq xəstəliyi ilə müraciət edirlər:

"Uşaqlarda əsasən yüksək hərarət, öskürək, bəzən isə qusma, ishal müşahidə edilir. Əksəriyyət bunu soyuqdəymə ilə əlaqələndirsə də, belə deyil.

Bu əlamətlər virusun əlamətləridir. Sadəcə olaraq, bədəndə virus olduğu üçün soyuqdəymə nəticəsində xəstəlik daha da ağırlaşır.

Valideynlərin çoxu bu kimi hallarda uşaqları həkimə gətirmədən, evdə müalicə etməyə çalışırlar. Bu isə uşağın vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər.

Xəstə uşağa mütləq həkim baxmalıdır. Həkim təyinatı olmadan uşaqlara antibiotik verilməsi yolverilməzdir".

R.Hüseynova, həmçinin xəstələnən uşaqlara qulluq üçün valideynlərə tövsiyələrini də verib:

"Uşaqların qızdırması olarsa, ilk olaraq onlara hərarətsalıcı dərman vermək və çoxlu maye içirtmək lazımdır. Ən əsası isə valideynlər vaxt itirmədən yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edib, həkimlərdən məsləhət almalıdırlar.

Xəstə uşaqları çox qalın geyindirmək də düzgün deyil. Bu, tərləməyə və vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər.

Valideynlərə məsləhətim odur ki, uşaqların əllərini mütəmadi olaraq yumasına, sıxlıq olan ərazilərdə olmamalarına diqqət etsinlər. Gigiyenik qaydalara və sosial məsafəyə əməl etməklə, uşaqların sağlamlığının qayğısına qalmaq mümkündür".

Son xəbərlər

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31