Noyabrın 8-i, Zəfər günü, 9-u Bayraq günü, Mübarəkdir, Mübarək!

8 noyabr 2021-ci il Qələbəmizin 1 yaşı tamam oldu. Zəfər günü münasibəti ilə xalqımızı təbrik edirəm və sağlam həyat, daim aydın səma, sülh, əmin-amanlıq arzulayıram! Şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyirəm, deyirəm:- rahat yatın qisasınız alındı! Ruhunuz şad olsun, yeriniz cənnət. Əbədiyyətə qovuşdunuz, and yerinə çevrildiniz-Ey unudulmazlar! 8-i Zəfər, 9-u Bayraq günü ölkəmizin hər yeri bayrağa bürünür və deyir:- gözün aydın Azərbaycan! 3 rəngli bayrağınla məsud yaşa! Ölkəmiz bu sınaqdan da belə çıxdı: Məğlub yox, Qalib ölkə! Odlar yurduna yalnız qələbə yaraşır. Başını dik tut, bayrağını uca-Ey vətəndaş! Bundan sonra quruculuq işləri başlanır, səni güllü-gülüstana-cənnətə çevirəcəyik ey Vətən! Azərbaycanımıza xoşbəxtlik, qazilərimizə can sağlığı, subay qazilərimizə, müharibə iştirakçılarına, övladlarımıza nişan toy-büsat, firavan və səadət dolu həyat tərzi yaraşır. Elə bu vaxt Vətənin müdafiəsinə qalxan, torpaqlarımızı işğaldan azad edilməsində iştirak edən, medala layiq görülən döyüşçümüz Orxandan belə bir zəng gəldi. Sizi toyuma dəvət edirəm. Çox sevindim və belə vəsf etdim.[/b]

Hörmətli valideynlər!

Ailələrinizin ən xoş gününə,
Məmuniyyətlə bizləri dəvət etdiniz!
Bəy və gəlin saf bir məhəbbətlə siz əhd etdiniz.
Üzükləri siz dəyişdiniz.
Nişan üzükləri barmağınızı sıxmasın,
Xoşbəxtlik gətirsin, barmağınızdan çıxmasın!
Qurulsun ailə dediyin “kiçik bir dövlət”,
Valideynlər, çəkməsin heç vaxt xəcalət,
Adət ənənəsinə, dövlət atributuna-
Olunsun hörmət!
Sevinsin, şənlənsin bir olsun hamı.
Toya hazırlaşsın toy adamları!
Nişan üzükləri- Gerbiniz olsun!
Çalınan vağzalı- Himniniz olsun!
O sevginin dühası, gəlinliyin fatası-
Kiçik bir dövlətin bayrağı olsun!
Ata nəsihəti, Ana öyüdü,
Qoy bu dövlətin dayağı olsun!
Buyurub gələn əziz qonaqlar,
Qədəmləriniz olsun Mübarək!
Əyləşdiyimiz məkan da, Xanın sarayı,
Səslənsin burada Koroğlu nərəsi-
Onun harayı!
Qoy dünya bilsin ki, Qarabağ Azərbaycandır!
Müharibədə qələbə çalan,
Bugünkü bəy igid oğlandır!
Dostlar, igidin adı da, özü də-
Elə Orxandır!
Əzizlərim, gəlin biz də deyək igid,
Nişanın da, toyun da mübarəkdir, Mübarək!
İgidlər həmişə xalqına, Vətəninə, elinə-
Gərəkdir gərək!


Hamlet Tofiqoğlu


Noyabrın 8-i, Zəfər günü, 9-u Bayraq günü, Mübarəkdir, Mübarək!
Noyabrın 8-i, Zəfər günü, 9-u Bayraq günü, Mübarəkdir, Mübarək!

Son xəbərlər

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

ŞUŞAM... "Zərif kölgələr"ədəbi klubu ilə Şuşanı ziyarət etdik...

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31