Özbəkistan nümayəndə heyəti “ASAN xidmət”dəÖzbəkistan Respublikasının Prezident Administrasiyasının İqtisadi Təhlil və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində görüşlər keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, əvvəlcə nümayəndə heyəti Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara Mərkəzin fəaliyyəti barədə təqdimat edilib, onların sualları cavablandırılıb.

Həmçinin “INNOLAND” mərkəzinin fəaliyyəti ilə tanışlıq həyata keçirilib.

“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlıq zamanı qurumun yaradılması məqsədləri, həyata keçirilən xidmətlər barədə məlumat verilib.

Qonaqlar ASAN Radio, 108 Çağrı Mərkəzi, ASAN Təlim və Tədris Mərkəzi ilə tanış olublar.

“ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirən qonaqlar mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən Özbəkistan Dövlət Xidmətləri Agentliyinin xidmət mərkəzlərinin fəaliyyətinin “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsi nəzərdə tutulur.
Özbəkistan nümayəndə heyəti “ASAN xidmət”də
Özbəkistan nümayəndə heyəti “ASAN xidmət”də

Son xəbərlər

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31