UEFA Konfrans Liqası: “Omoniya” - “Qarabağ” komandalarının start heyətləri açıqlanıb30 sentyabr UEFA Konfrans Liqasının qrup mərhələsinin ikinci turunda üz-üzə gələcək Kiprin “Omoniya” və Ağdamın “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nikosiyada oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu FIFA referisi Bobbi Maddenin rəhbərliyi ilə Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.


Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes, İbrahim Vadji, Tura Bayramov, Abbas Hüseynov və Kevin Medina meydana çıxacaqlar.

“Omoniya” klubunun ilk onbirliyində isə Fabiano, Paris Psaltis, Fotis Papulis, Tomaş Quboçan, Jordi Qomes, Yan Letsyaks, Fuad Bəşiru, Takis Zaxariu, Marinos Tsioni, Adam Lanq və Andronikos Kakulli yer alıblar.

Qeyd edək ki, “Qarabağ” meydana itkilərlə çıxacaq. Oyundan iki gün əvvəl əzələsi dartılan İsmayıl İbrahimli, zədədən sonra məşqlərə yenicə başlayan Bədavi Hüseynov və Elvin Cəfərquliyev, əməliyyat olunan Xayme Romero meydana çıxa bilməyəcəklər.

Meydan sahiblərinin heyətində isə Miks Diskerud və Yannis Kusulosun matçı buraxacaqları dəqiqləşib. Erik Boteakın durumu isə hələlik bəlli deyil.

“Qarabağ” birinci turda Bakıda “Bazel”, “Omoniya” isə Qazaxıstanda “Kayrat” ilə qolsuz heç-heçə edib. H qrupunun digər görüşündə “Bazel” komandası “Kayrat”ı qəbul edəcək.

Son xəbərlər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31