Azərbaycan nümayəndə heyətləri Türkiyədə yeni ədliyyə ilinin açılış mərasimində iştirak ediblərPrezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qardaş ölkədə Ali Məhkəmə və Baş Prokurorluğun yeni inzibati kompleksinin açılışı və Türkiyədə 2021-2022-ci ədliyyə ilinin başlanması ilə bağlı mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş prokuror Kamran Əliyevin və Ali Məhkəmənin sədri Ramiz Rzayevin rəhbərlik etdikləri Azərbaycan nümayəndə heyətləri Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuror Bekir Şahinin dəvəti ilə açılış mərasimində iştirak ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan mövzu ətrafında geniş nitq söyləyib.

Türkiyə Ədliyyə Nazirliyi üçün Ankaranın şöhrətinə yaraşan yeni inzibati binanın təməlinin bu ilin sonunadək atılacağını diqqətə çatdıran dövlət başçısı deyib: “Əgər bir dövlətdə ədalət yoxdursa, onun hansı sistemlə idarə olunmasının əhəmiyyəti olmaz. Orada, sadəcə, zülm hökm sürər”.

Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, məhkəmə və hüquq sisteminə dair yeni-yeni inzibati binaların inşa olunması ölkədə hüquqa, ədalətə və demokratik inkişafa göstərilən diqqət və qayğıdır.

Digər çıxışlarda Ali Məhkəmə və Baş Prokurorluğun yeni inzibati kompleksinin əzəmətindən, yaradılan yüksək səviyyəli iş şəraitindən, Türkiyədə həyata keçirilən hüquqi islahatlardan, qanunların işləməsi, ədalətin və şəffaflığın qorunması, o cümlədən sosial şəbəkənin fəaliyyətin tənzimlənməsinin əhəmiyyətinə dair mühüm məqamlar səsləndirilib.

Azərbaycan nümayəndə heyətləri sentyabrın 2-də Ankarada “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak edəcəklər.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Azərbaycan nümayəndə heyətləri Türkiyədə yeni ədliyyə ilinin açılış mərasimində iştirak ediblər
Azərbaycan nümayəndə heyətləri Türkiyədə yeni ədliyyə ilinin açılış mərasimində iştirak ediblər
Azərbaycan nümayəndə heyətləri Türkiyədə yeni ədliyyə ilinin açılış mərasimində iştirak ediblər
Azərbaycan nümayəndə heyətləri Türkiyədə yeni ədliyyə ilinin açılış mərasimində iştirak ediblər

Son xəbərlər

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31