Deputat: Milli mətbuatımız bütün istiqamətlərdə öz missiyasını uğurla həyata keçirirDünyanın əksər dövlətlərində media baş verən texniki yeniliklərə ən tez uyğunlaşan və bunu öz əməli işlərində uğurla tətbiq edən bir sahədir. Müasir dövrdə texnoloji imkanlardan istifadə edərək sürətli inkişaf mərhələsinə qədəm qoyan media, o cümlədən sosial media çox böyük inkişaf və tərəqqi yolu keçir. Lakin nə qədər texnoloji inkişaf bu sahə ilə bağlı yeni imkanlar yaratsa da, medianın inkişafı həm də dövlətlərin bu cameyəyə münasibətindən asılıdır. Demokratik dəyərlərə, söz azadlığının əhəmiyyətinə xüsusi həssaslıq göstərən dövlətlər medianın inkişafı üçün normal şərait yaradırlar. Düşünürəm ki, Azərbaycanda da medianın hərtərəfli inkişafı üçün kifayət qədər şərait yaradılıb və Prezident İlham Əliyev tərəfindən siyasi iradə ortaya qoyulub. Bunun nəticəsi olaraq “Əkinçi” qəzeti ilə başlayan milli mətbuat tariximiz bu gün sürətli inkişaf dövrünü yaşayır. Milli mətbuatımız bütün istiqamətlərdə öz missiyasını uğurla həyata keçirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Deputat vurğulayıb ki, Azərbaycan mətbuatı SSRİ dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərməsinə baxmayaraq, milli varlığını və ənənəsini qoruyub saxlaya bildi: “Müstəqillik əldə etdikdən sonra Azərbaycanda bu sahə ilə bağlı yeni bir mərhələ başlandı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycanda yeni formalaşan müstəqil media öz inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndər jurnalistlərin dostu idi. Onun hərtərəfli qayğısı ilə Azərbaycan mətbuatı öz inkişafında intibah dövrünü yaşadı. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bu ənənə uğurla davam etdirilir. Cəmiyyətin maarifləndirilməsi üçün fəaliyyət göstərən mediamız daim diqqətdə saxlanılır. Bu gün ölkədə minlərlə media subyektinin olması məhz bu sahəyə göstərilən dövlət dəstəyinin bariz nümunəsidir. Medianın davamlı inkişafı üçün xeyli işlərin görüldüyü açıq şəkildə ortadadır. Dövlət medianın inkişafı və sərbəst fəaliyyəti üçün kifayət qədər şərait yaradıb. Media sahəsində fərqlənən jurnalistlərin fəxri adlarla təltif edilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vergi güzəştlərinin tətbiqi, medianın inkişafı üçün maliyyə yardımlarının ayrılması, qrantların verilməsi və s. bu sahənin inkişafı üçün böyük bir stimullaşdırıcı vasitəyə çevrilib. Ümumilikdə media sahəsində görülən işlərin bütün istiqamətləri əhatə etdiyini və kompleks xarakter aldığını görə bilərik”.

Ş.İsmayılov əlavə edib ki, media institutunun inkişafı cəmiyyətin maarifləndirilməsində xüsusi rol oynayır. Media subyektlərinin elm-təhsil, sosial-humanitar, vətənpərvərliyin aşılanması işində peşəkar şəkildə iştirakı nəzərə çarpır. Pandemiya və müharibə dövründə media nümayəndələrinin yüksək peşəkarlıqla iştirakının şahidi olduq: “Düşünürəm ki, xüsusilə Vətən müharibəsi zamanı da Azərbaycan mediası öz üzərinə düşən işi layiqincə yerinə yetirdi, informasiya müharibəsində dezinformasiyanın qarşını ala bildi. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə əlaqədar bölgədə yeni reallıqlar yarandı. Əminəm ki, bu reallıqların dünyada düzgün tanıdılması və informasiya müharibəsində milli mediamız öz peşəkarlığını göstərəcək. Fürsətdən istifadə edərək media nümayəndələrini Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edirəm”.

Son xəbərlər

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31