Azərbaycan parlamentinin nümayəndələri Türkiyə parlamentində əməkdaşlıq məsələlərini müzakirə ediblərMilli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan deputat heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) TBMM-nin Milli müdafiə komissiyasının sədri İsmət Yılmaz və Türkiyə parlamentinin AŞPA-dakı nümayəndə heyətinin başqanı Ahmed Yıldız ilə ayrı-ayrılıqda görüş keçirib.

AZƏRTAC xəbər verir ki, TBMM Milli müdafiə komissiyasının sədri İsmət Yılmaz ilə keçirilən görüşdə Azərbaycan və Türkiyə arasındakı hərbi müttəfiqlik, birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində ortaq layihələr və əməkdaşlıq məsələləri müzakirə olunub.

Türkiyə parlamentinin AŞPA-dakı nümayəndə heyətinin başqanı Ahmed Yıldız ilə keçirilən görüşdə isə beynəlxalq təşkilatlar, o cümlədən AŞPA çərçivəsində əməkdaşlığın genişləndirilməsi yolları, milli və dövlətçilik maraqlarımızın birgə müdafiəsi və s. mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Anıtqəbri və Ankaradakı Heydər Əliyev Parkını ziyarət edən Azərbaycan parlamentinin nümayəndələri Türkiyə Böyük Millət Məclisində Prezident Rəcəb Tayyib Ərdoğan, eləcə də Türkiyə Xarici İşlər Nazirliyində nazir Mövlud Çavuşoğlu ilə görüşüblər.

Bundan başqa, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi qrupun üzvləri ilə ayrı-ayrılıqda görüşlər keçirilib.

Nümayəndə heyətimiz 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı bombardman nəticəsində Türkiyə Böyük Millət Məclisinin dağıdılan hissəsinə tər çiçəklər düzüblər.

Qeyd edək ki, Milli Məclisin nümayəndə heyətinin Ankaraya səfəri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti əsasında həyata keçirilir. Deputatlar səfər çərçivəsində 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərə qatılacaq, 15 iyul şəhidlərinin xatirəsini anacaqlar.

Azərbaycan deputat heyətinə Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli daxildir.

Səfər iyulun 16-da başa çatacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Son xəbərlər

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

ŞUŞAM... "Zərif kölgələr"ədəbi klubu ilə Şuşanı ziyarət etdik...

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

İdmanın faydaları

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində rekord müddət uçuş həyata keçirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31