Ekspertdən dollarla bağlı vacib açıqlama
"Lari büdrədi, manatın taleyi necə olacaq?"

Turaztv.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov son günlərin ən aktual məsələsinin bu sual olduğunu qeyd edib.

Ekspert Gürcüstanda baş verən hadisələrin milli valyutaya təsirindən bəhs edib:

"Bu, son günlər bizə ən çox müraciət olunan sualdır. Gürcüstanda artıq 1 dollar almaq üçün 2.87 lari ödəmək lazımdır. Düz bir il əvvəl Tbilisidə 1 dollar 2.4 lariyə dəyişdirilirdi. Bu, o deməkdir ki, son 1 ildə lari 17 faiz dəyər itirib. Gürcüstana ildə 1.5 milyon turist göndərən Rusiyanın gürcü mallarının idxalını əngəlləyəcəyi təhlükəsi lariyə təzyiqi artırır. İki ölkə arasında gərginliyin artacağı halda larinin daha da ucuzlaşacağı istisna olunmur.

Gürcüstan Azərbaycanın qeyri-neft ixracatında ilk üçlüyə daxil ola bilməsə də, ən çox neft olmayan məhsullarımızı göndərdiyimiz 4-cü ölkədir. Azərbaycan 2018-ci ildə qonşu ölkəyə 124,5 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib. Bu, 3-cü ən çox qeyri-neft məhsulu göndərdiyimiz İsveçrədən cəmi 11 milyon az ixrac deməkdir. Gürcüstanla illik ticarət dövriyyəmiz isə ötən il əvvəlki illə müqayisədə 5 faiz artaraq 579 milyon dollara çatıb. Tranzit əməkdaşlığı da bura əlavə etsək, əminliklə qeyd etmək olar ki, Gürcüstan Azərbaycan üçün vacib iqtisadi tərəfdaşlardandır".

V.Bayramov bildirib ki, larinin ucuzlaşması manata psixoloji təsir etməkdədir: "Artıq bir sıra valyuta dəyişmə məntəqələrində dolların alış kursu çox cüzi olsa da bahalaşıb. Bir sıra banklarda 1 dolları 1.7007 manata təklif edilir. Doğrudur, neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədədir. Artıq neftin 1 bareli 67 dollardan baha satılır. Bununla belə, qonşu ölkələrin milli valyutalarının ucuzlaşması bizim valyuta bazarımıza təsirsiz ötüşmür".

Ekspertin fikrincə, yenə də Mərkəzi Bankın mövqeyi həlledicidir: "Güman olunur ki, manatın məzənnəsinin necə dəyişməsi birbaşa baş bankın mövqeyindən asılı olacaq. Bununla yanaşı, bu ilin avqust və dekabr aylarında dollara tələbin yenidən artacağı gözlənilir. Belə ki, avqustun ikinci yarısı və sentyabrın əvvəli idxal olunan məktəb ləvazimatlarına tələb artıdığına görə dolların alışı yüksəlir. İlin sonunda da idxal və xarici turist səfərlərinin sayı artır. Dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri var və bu da dollara tələbi artır. O baxımdan, biz yenidən ilin sonunda dollara tələbin artacağını proqnozlaşdırırıq. Bu baxımdan, Mərkəzi Bank dollar təklifini aylar üzrə optimallaşdırmağa çalışmalıdır".

Son xəbərlər

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Tramp: Hörmüz boğazındakı fəaliyyətə mane olacağı təqdirdə Omanı bombalayacağıq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31