Kaxaber Tsxadadze: Qələbəyə ümidimiz böyükdürSabah futbolsevərləri maraqlı oyun gözləyir. Əminəm ki, hamı matçdan zövq alacaq. Çünki komandalar bir-birilərinin zəif tərəflərini görüblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu UEFA Çempionlar Liqasınının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakının "Neftçi" klubunun qonağı olacaq "Dinamo" (Tbilisi) komandasının baş məşqçisi Kaxaber Tsxadadze iyulun 13-də təşkil olunan mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis qeyd edib ki, "Neftçi" "Dinamo"dan güclü deyil. İlk görüşdə qapıya 8 zərbəmiz oldu və bunların yeddisini rəqib qapıçı saxladı. İki kobud səhvə yol verdik ki, bu da nəticəyə təsir etdi. Artıq belə səhvlər etməyəcəyik. Çünki rəqibi daha yaxşı tanıyırıq.

Çoxdandır Bakıda olmadığını deyən 53 yaşlı baş məşqçi deyib: "Azərbaycanda uzun illər çalışmışam. Bakı mənim üçün ən önəmli şəhərlərdən biridir".

"Qələbəyə ümidimiz böyükdür. Biz "Neftçi"nin zəif olduğunu demirik. Heyətində çox güclü futbolçular var. Sadəcə, ilk oyundakı məğlubiyyət rəqibin gücünün deyil, öz səhvlərimizin nəticəsidir", - deyə baş məşqçi əlavə edib.

Komandalar arasında Tbilisidə təşkil olunan ilk görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə bitib. İyulun 14-də "Bakcell Arena"da oynanılacaq cavab qarşılaşması saat 21:00-da başlayacaq.

Son xəbərlər

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31