“Rahat yatmaq istəyirsinizsə...” - Kim Çen Inın bacısı ABŞ-ı hədələdiŞimali Koreya ilə ABŞ arasındakı gərginlik illərdir davam edir. Amerika Asiya dövlətinə güvənmir. Şimali Koreyada isə ABŞ-ı konkret düşmən dövlət sayırlar.



Turaztv.az Bizimyol.info-ya istinadən xəbər verir ki, KXDR-in lideri Kim Çen In siyasət meydanında nisbətən kölgəyə çəkilib. Onun bacısı Kim Yo Çjon səhnəyə çıxıb.

ABŞ-ın Cənubi Koreya ilə birlikdə Koreya yarımadasında hərbi təlimlər keçirməsi rəsmi Pxenyanın xoşuna gəlmir. Şimali Koreya bunu dayandırmağı tələb edir. Kim Yo Çjon sərt danışıb. O, hadisələrin belə davam edəcəyi təqdirdə Cənubi Koreya ilə sülh razılaşmasına son verəcəklərini bildirib.

“Fürsətdən istifadə edərək bütün gücüylə Yer kürəsində barıt qoxusunu yaymağa çalışan ABŞ-ın yeni administrasiyasını xəbərdarlıq etmək istəyirik. Qarşıdakı dörd il ərzində rahat yatmaq istəyirlərsə, bəla axtarmasınlar”.

ABŞ-da hakimiyyətə Co Baydenin gəlməsi Şimali Koreyaya yaxşı gələcək vəd etmir. Apreldə yeni administrasiya KXDR siyasətini açıqlayacaq. Koreya yarımadasında hərbi təlimlərin başlaması, Seul səfərləri Şimali Koreyanı çox qıcıqlandırır. Şimallılar hələlik yalnız hədə-qorxu gələ bilir.

Yaxın vaxtlara ABŞ-ın Xarici İşlər naziri Entoni Blinkenlə Müdafiə naziri Lloyd Ostinin Yaponiya, Cənubi Koreya səfərləri planlaşdırılır. Bu səfərlər zamanı Şimali Koreyanın nüvə proqramları əsas müzakirə mövzularından biri olacaq.

Kim Çen Inın səhhətində problemlər yaranandan sonra KXDR-də əsas söz sahibi Kim Yo Çjon olub. Liderin bacısının 2019-cu ildən dövləti idarə etmək hüququ da var. Kim Yo Çjon xüsusilə Cənubi Koreya rəsmiləriylə görüşlərdə özünü sərbəst aparır, bir növ liderliyə hazır olduğunu göstərməyə çalışır.

Kim Çen Inın keçən ilin aprelində ölüm xəbəri yayılmışdı. Lider ictimaiyyət arasında günlərlə görünməmişdi. Sonradan bir neçə dəfə belə vəziyyət yaranmışdı. Son bir ildə Kim Çen In diqqət mərkəzindən uzaq dayanmağa çalışıb. Əvəzində Kim Yo Çjon ölkənin rəhbəri ovqatında olduğunu ortaya qoyur.

Son xəbərlər

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31