Əmək pensiyasına çıxmaq istəyənlərin NƏZƏRİNƏ: Bu sənədləri...Azərbaycanda əmək pensiyalarının təyinatı üçün bir neçə sənədin təqdim olunması zəruridir.

Turaztv.az Oxu24.com-a istinadən xəbər verir ki, yaşa görə pensiyanın təyin edilməsi üçün müraciət edən şəxsin ərizəsinə bir neçə sənəd əlavə olunmalıdır.


Bunlar pensiya təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportunun) notarial qaydada təsdiq olunmuş surəti, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, uşaqların doğulması (o cümlədən sağlamlıq imkanları məhdud uşağın) və onların 8 yaşadək tərbiyə olunmaları haqqında arayış (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və ya 8.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda), atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsinə dair arayışdan (Qanunun 8.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda) ibarətdir.

Əlilliyə görə pensiyaların təyin ediməsi üçün müraciət edən şəxsin ərizəsinə şəxsiyyət vəsiqəsinin (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ümumvətəndaş pasportunun) notarial qaydada təsdiq olunmuş surəti, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) təsdiq edən müayinə aktından çıxarış, müddətli hərbi xidmətdə olan hərbi qulluqçuya əlilliyə görə pensiya təyin edilməsi barədə ərizəyə hərbi qulluqçunu hərbi uçotdan çıxarmış hərbi komissarlıq tərəfindən təsdiq edilən və verilən xəstəlik haqqında şəhadətnamənin surəti və ya hərbi-tibbi komissiyanın arayışı, əlillik hərbi qulluqdan buraxıldıqdan sonra baş vermişdirsə, xəstəlik haqqında şəhadətnamənin surəti əvəzinə hərbi qulluq keçmək haqqında hərbi komissarlıq tərəfindən verilən arayış, ərizəçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər (həmin əlavəni almaq hüququ olduqda) təqdim olunmalıdır.

Əmək pensiyalarının təyin edilməsi ödənişsizdir. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və təqdim edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.

Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda yuxarıda göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

Qeyd edək ki, bütün təqdim olunan sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır (arayışlar istisna olmaqla). Ərizəçinin təqdim etdiyi sənədlərin əsli də (şəxsiyyət vəsiqəsinin, işləməyənlərin əmək kitabçasının, hərbi biletin, nikah, doğum və ölüm şəhadətnamələrinın və s. notarial qaydada təsdiq olunmuş surətləri də) komissiyaya təqdim olunur.

Qaçqın və məcburi köçkünlər üçün müvəqqəti qeydiyyatda olmaları barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən arayış tələb olunur. / "Xezer Xeber"



Son xəbərlər

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31