Uşaqların 1-ci sinfə qəbulu BAŞA ÇATIR

2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi yekunlaşır.

Ümumi təhsil müəssisələrinin 1-ci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir. Uşaqların 1-ci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Uşaqların elektron sistemdə qeydiyyat prosesi 1 may 2024-cü il tarixindən başlayıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, uşaqların 1-ci sinfə qeydiyyat prosesinin son günü 13 sentyabr 2024-cü il, saat 18:00-dır.

Agentlikdən bildirilib ki, 2024-2025-ci tədris ili üzrə l-ci siniflərə 130 763 nəfər, məktəbəhazırlıq qruplarına isə 84 367 nəfər uşağın qəbulu gözlənilir.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 1-ci sinfində 46 098 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Agentlik bəyan edib ki, övladlarının 2024-2025-ci tədris ili üzrə 1-ci sinfə, eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər tələsməli və mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi etməlidirlər. Onların 1 gün vaxtı qalıb.

Son xəbərlər

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31