Əli Həsənov: "Azərbaycan və Böyük Britaniya arasında münasibətlər Avropa ölkələri üçün bir nümunədir"

Azərbaycan və Böyük Britaniya arasında münasibətlər Avropa ölkələri üçün bir nümunədir.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan və Böyük Britaniya arasında diplomatik əlaqələrdən tutmuş iqtisadi, siyasi və ticarət əlaqələrinə qədər bütün sahələri əhatə edən əməkdaşlığın tarixi 100 illə ölçülür: "Amma tarixdən də bəllidir ki, Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin tarixi daha qədimə gedib çıxır. Əlbəttə, sistemli əlaqələrdən söhbət gedirsə, bu əlaqələrin 100 illiyini qeyd etmək olar. Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin tarixi salnamələrdə təxminən 16-17-ci əsrlərə gedib çıxır. Hələ Böyük Britaniya Kraliçası Elizabet Tüdor öz elçisi ilə Səfəvi Şahı Təhmasibə məktub göndərmişdi. Bununla da Britaniya ilə Səfəvilər arasında diplomatik və iqtisadi münasibətlər yaranmışdı".

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Böyük Britaniyanın general-qubernatoru Tiflisdə otursa da, tez-tez Bakıya gəlir, Azərbaycanla gələcək siyasi, iqtisadi münasibətləri tənzimləyirdi və Britaniya faktiki olaraq Xalq Cümhuriyyətini tanımışdı: "Sonrakı dövrdə Xalq Cümhuriyyətinin süqutu nəticəsində artıq Böyük Britaniya-Azərbaycan deyil, Böyük Britaniya-SSRİ münasibətləri çərçivəsində Britaniya ilə münasibətlər qurduq. Azərbaycanın müstəqillik dövrü münasibətlərimizi tam geniş spektrdə əhatə edir. 1993-cü ilin iyun ayında Azərbaycanda xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qəbul etdiyi ilk səfir məhz Böyük Britaniya səfiri oldu. Həmin ilin iyul ayının sonunda Böyük Britaniyanın Bakıdakı səfiri ilə ümummili lider Heydər Əliyev arasında geniş bir görüş keçirildi".

Ə.Həsənov əlavə edib ki, o zaman Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının sədri idi və Təhlükəsizlik Şurasının 853-cü qətnaməsinin qəbul olunması birbaşa Böyük Britaniyanın təşəbbüsü ilə onun sədrliyi dövründə baş tutdu: "BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qəbul etdiyi 4 qətnaməyə diqqət yetirsək görərik ki, məhz 853-cü qətnamə ən dəqiq ifadə ilə erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çxarılmasını tələb edir".

Onun sözlərinə görə, bundan sonra BP-nin Azərbaycanda sözün həqiqi mənasında tarix yaratması dövrü başlayır: "BP Azərbaycanın enerji sektoruna ən çox sərmayə qoyan xarici şirkətdir. BP Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin strateji səviyyəyə yüksəlməsində mühüm rol oynayıb. Ümumiyyətlə, Böyük Britaniya Azərbaycanın Avropada ən böyük tərəfdaşıdır. İki ölkə arasında bütün sahələrdə strateji münasibətlər var və bu gün iqtisadi, siyasi, sosial və digər sahələrdəki münasibətlər Avropa ölkələri üçün bir nümunədir, bir standartdır".

Prezidentin köməkçisi bildirib: "Düşünürük ki, Böyük Britaniya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində indiyə qədər oynadığı rolu bundan sonra da oynayacaq, Azərbaycanın haqq mövqeyinin beynəlxalq aləmdə tanınmasına, işğal edilmiş torpaqlarımızın azad edilməsinə, Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün öz doğma torpaqlarına qayıtmasına öz dəstəyini göstərəcək".(Trend )

Son xəbərlər

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

İdmanın faydaları

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində rekord müddət uçuş həyata keçirib

İran Ukraynaya hücum etmək fikrindən daşınıb: Səbəb açıqlanıb

Süni intellekt və Yaradan: yaradılış və Yaradan haqqında düşüncələr

Haqqında yayılan xəbərlərə belə açıqlama verdi

Azərbaycan komandası "Microsoft Office Specialist" dünya çempionatında yüksək nəticə göstərib

“Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar

Vurulan Türkiyə gəmisinin heyəti Rusiyaya təxliyə edildi - YENİLƏNİB

Ceki Çan Bakıya gəldi - FOTO

Araz Ağalarovun ikinci nikahından olan övladları - FOTO

Qardaşı oğlu ilə dənizdə batan Arifin - Fotosu

Güllünü doğma qızı öldürübmüş - İstintaq yekunlaşdı

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu

Ürək dayansa nə etməli? - Həkimdən həyati əhəmiyyətli xəbərdarlıq

“Yaprak Dökümü”nün aktyoru “Uzak Şehir”də

Tovuzun suyu, Arif Həsənovun yeni yaşı və solmayan xasiyyəti - FOTOLAR

Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31