DÜŞÜNDÜRÜCÜ HEKAYƏLƏR SİLSİLƏSİNDƏN - FOTOLAR
DÜŞÜNDÜRÜCÜ HEKAYƏLƏR SİLSİLƏSİNDƏN.

Yuxuda görülən həqiqət....

Allahın sevimli qullarından biri bir yuxu görür: yuxusunda ona belə deyilir: "Səhər olunca, qarşına ilk çıxanı ye, ikinci çıxanı saxla, üçüncü çıxanın diləyini qəbul et, dördüncü gələni üzmə, beşincidən də qaç!" Səhər oldu... çölə çıxdı. Yola düşüb getdi.
Qarşısına bir dağ çıxdı. Bu böyük dağı görüncə çaşdı. Öz-özünə belə dedi: Rəbbim mənə bunu yeməmi əmr etdi. Sonra belə dedi: Rəbbim mənə gücümün çatmayacağı bir şeyi əmr etməz. Onu yeməyə qərar verdi. Dağa doğru getdi. Yaxınlaşdıqca dağ kiçildi. Tam yaxınlaşdığı zaman böyük dağ bir loxmaya çevrilmişdi. Onu tutub yeddi, baldan şirindi. Allaha həmd etdi, yoluna davam etdi. Qarşısına qızıldan bir ləyən çıxdı. Belə dedi: Rəbbim, bunu da saxlamamı əmr etdi. Bir çuxur qazdı, onu basdırdı. Getdi, az getdikdən sonra dönüb baxdı. Ləyən torpaq yüzünə çıxmışdı. Geri döndü, təkrar basdırdı. Bir az getdi; baxdı ki, yenə çıxmış, bir daha basdırdı, yenə torpaq üstünə çıxdı.

Öz-özünə,"Mən əmr ediləni etdim." deyərək buraxıb getdi. Qarşısına: bir quş çıxdı. Arxasından bir şahin onu qovurdu. Quş ona belə dedi: "Ey Allahın sevimli qulu, məni gizlət. Mənə kömək et." Onu götürdü. Qoynuna gizlətdi. Arxasından şahin gəldi belə dedi: "Ey Allahın sevimli qulu, mən acam. Səhərdən bəri də bu quşun arxasındayam. Onu tutmaq istəyirəm. Qismətimə mane olma.'' Öz-özünə belə dedi: "Üçüncünün diləyini etməm əmri verildi, etdim. Dördüncünü üzməməyim əmr edildi. İndi nə edəcəyəm?'' Bu işə çaşdı. Sonra bıçaq götürdü.. özündən bir parça ət kəsdi, şahinə atdı, o da qapıb qaçdı. Daha sonra quşu buraxdı. Bundan sonra, çıxıb getdi. İylənmiş bir leş gördü. Onu da buraxıb qaçdı. Axşam olunca bu duanı etdi: "Ya Rəbbi, əmrini yerinə yetirdim. Bu işlərin mənası nə isə mənə bildir." Daha sonra, yuxusunda belə izah edildi: "Birinci: görüb yediyin hirsdir. Əvvəl böyük bir dağ kimi görülər, səbirlə hirs udulsa, baldan şirin olar. İkincisi: yaxşı əməlindir. Nə qədər saxlasan saxla yenə meydana çıxar. Üçüncüsü, sənə buraxılan bir əmanətdir, ona xəyanət etmə. Dördüncüsü budur: Bir insanın sənə bir diləyi çatsa, onu yerinə yetir; istəsə sənə lazım olan bir şey olsun. Beşincisi qeybətdir. İnsanların qeybətini edənlərdən qaç. Şübhəsiz hər şeyi bilən Allahdır."

Tahir RƏCƏBOV
DÜŞÜNDÜRÜCÜ HEKAYƏLƏR SİLSİLƏSİNDƏN - FOTOLAR
DÜŞÜNDÜRÜCÜ HEKAYƏLƏR SİLSİLƏSİNDƏN - FOTOLAR

Son xəbərlər

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

İdmanın faydaları

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində rekord müddət uçuş həyata keçirib

İran Ukraynaya hücum etmək fikrindən daşınıb: Səbəb açıqlanıb

Süni intellekt və Yaradan: yaradılış və Yaradan haqqında düşüncələr

Haqqında yayılan xəbərlərə belə açıqlama verdi

Azərbaycan komandası "Microsoft Office Specialist" dünya çempionatında yüksək nəticə göstərib

“Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar

Vurulan Türkiyə gəmisinin heyəti Rusiyaya təxliyə edildi - YENİLƏNİB

Ceki Çan Bakıya gəldi - FOTO

Araz Ağalarovun ikinci nikahından olan övladları - FOTO

Qardaşı oğlu ilə dənizdə batan Arifin - Fotosu

Güllünü doğma qızı öldürübmüş - İstintaq yekunlaşdı

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu

Ürək dayansa nə etməli? - Həkimdən həyati əhəmiyyətli xəbərdarlıq

“Yaprak Dökümü”nün aktyoru “Uzak Şehir”də

Tovuzun suyu, Arif Həsənovun yeni yaşı və solmayan xasiyyəti - FOTOLAR

Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31