Pərvin Kərimzadə: Yeni qanun layihəsi mövcud siyasi sistemin daha da təkmilləşməsinə xidmət edəcək
Ölkəmizdə mövcud bütün siyasi partiyaların fəaliyyəti 30 il bundan əvvəl qəbul edilmiş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Ötən müddət ərzində ölkəmizin ictimai-siyasi həyatında, siyasi münasibətlərdə köklü dəyişikliklər baş verib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.

Deputatın sözlərinə görə, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarılması ölkəmizdə aparılan siyasi islahatların davamı və zamanın tələbi idi. Çoxpartiyalı sistemin daha möhkəm əsaslar üzərində qurulması, demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişaf etdirilməsi yeni qanunun hazırlanmasını zəruri etdi. Hazırlanan yeni qanun layihəsinin dövrün tələblərinə cavab verməsi üçün Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət edilib. Beləliklə, 47 siyasi partiyanın 250-dən çox təklifi əsasında hazırlanan yeni qanun layihəsi Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaqdır.

Yeni qanun hazırlanarkən Avropa ölkələrinin mütərəqqi qanunvericiliyinin təcrübəsinin öyrənildiyini diqqətə çatdıran P.Kərimzadə bildirib ki, yeni qanun layihəsində siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər və digər məqamlar əksini tapır.

Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” qanun layihəsində ictimai müzakirələrində həm parlamentdə təmsil olunan, həm təmsil olunmayan partiyaların iştirak etməsi, ictimai müzakirələr zamanı səsləndirdikləri fikirlərin, təkliflərin sənəddə öz əksini tapması siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır. Eyni zamanda, yeni layihədə siyasi partiyalara sənədlərin toplanması ilə bağlı verilən müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər azaldılıb.

“Layihəyə edilən dəyişikliklərin siyasi partiya rəhbərləri və nümayəndələrinin, eləcə də, QHT-lərin iştirakı ilə keçirilən ictimai dinləmələrdə müzakirə edilməsi Milli Məclisin ictimai rəyin öyənilməsində maraqlı olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması zamanı ictimai rəyin öyrənilməsi xüsusi ilə diqqət mərkəzində saxlanılır. Bir sözlə, yeni qanun layihəsi islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət edəcək.

Qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun tələblərinə tam cavab verir. “Siyasi Partiyalar haqqında” yeni qanun layihəsi Azərbaycanda mövcud siyasi sistemin daha da təkmilləşməsinə xidmət göstərəcək. Bu qanun layihəsi Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaq”, - deyə Pərvin Kərimzadə vurğulayıb.

Son xəbərlər

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31