“Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olunub
Dekabrın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası olub. İclasda “Turizm haqqında” qanun layihəsinin üçüncü oxunuşda geniş müzakirəsi keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Turizm haqqında” qanun layihəsinin əvvəlki oxunuşda ətraflı müzakirə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsinin üçüncü oxunuşda müzakirəsində parlamentin digər komitələrinin sədrləri və üzvləri, həmçinin sahə mütəxəssisləri dəvət olunublar.

Layihə ilə bağlı deputatların irəli sürdükləri təkliflərlə bağlı məlumat verən Musa Quliyev səslənən fikirlər və təkliflərlə bağlı qanunun müəllifləri ilə işçi qaydada aparılan müzakirələri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Müzakirələrdə komitə sədrlərinin müavinləri Fazil Mustafa, Jalə Əliyeva, deputatlar Vüqar Bayramov, Soltan Məmmədov, Arzu Nağıyev, Aqil Məmmədov, Müşfiq Cəfərov, Əziz Ələkbərov, Rauf Əliyev çıxış edərək fikirlərini səsləndiriblər.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev turizmin inkişafında bələdiyyələrin görə biləcəyi işlərdən danışıb, yerli özünüidarə orqanlarının bu sahədə imkanlarının dəstəklənməsindən bəhs edib.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev sənəd üzərində əvvəlki oxunuşlarda aparılan iş barədə məlumat verərək, qanunvericilik təşəbbüsü subyekti ilə intensiv müzakirələrdən sonra dəyişikliyə uyğun hesab edilmiş maddələri deputatların diqqətinə çatdırıb.

Dövlət Turizm Agentliyi Aparatının rəhbəri Kənan Qasımov faydalı müzakirələrə görə minnətdarlığını ifadə edib, millət vəkillərinin təkliflərinin dəyərləndirildiyini, qanunun məqsəd və məramlarına uyğun olanlarının nəzərə alındığını bildirib.
“Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olunub

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsinin geniş müzakirəsinin qanunun təkmilləşdirilməsi və turizm sahəsinin gələcək inkişafı baxımından əhəmiyyətindən danışıb. Turizm sahəsinin çərçivə qanunu sayılan hazırki sənəddə turizmin inkişafı niyyəti daşıyan bütün detalların əks olunmasının bu qanunun predmeti olmadığını vurğulayıb. Bildirib ki, sahənin çərçivə sənədi xarakteri daşıyan bu qanun layihəsi indiki halda turizm sahəsindəki münasibətləri tənzimləməyə tam kifayət edəcək.

Müzakirələrə yekun vuran Musa Qasımlı “Turizm haqqında” qanun layihəsinin sahə ilə bağlı bir çərçivə sənədi olaraq ümumi müddəaları və istiqamətləri kifayət qədər doğru müəyyənləşdirdiyini deyib. Turizmin inkişafı ilə bağlı detalların digər normativ hüquqi aktlarla tənzimlənməsinin daha faydalı olacağını, onların digər aktlarda öz əksini tapacağını bildirib.

İclasın yekununda deputatlar “Turizm haqqında” qanun layihəsini üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, deputatlar Sevinc Hüseynova, İlham Məmmədov, Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31