“Şahdağ” Turizm Mərkəzi yay mövsümünə başlayır - FOTOLAR
İyunun 29-da “Şahdağ” Turizm Mərkəzinə yay mövsümünün başlanması ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün iki günlük mediatur təşkil edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, mediaturun məqsədi “Şahdağ“ Turizm Mərkəzinin yay turizminin inkişafı istiqamətində həyata keçirdiyi işlər, turistlərə göstəriləcək xidmətlər, eləcə də təqdim olunacaq turizm məhsulları və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Mediatur çərçivəsində KİV nümayəndələri üçün turizm mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib. Təqdimatda çıxış edən “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan yay əyləncə növləri, tədbirlər və gələcək planlar haqqında ətraflı məlumat verib.

O, hazırda qarşıya qoyulan əsas hədəfin mərkəzin təkcə qış turizmi baxımından deyil, ilin bütün fəsillərində fəaliyyət göstərən turizm mərkəzi kimi tanıdılması, eləcə də yerli və əcnəbi ziyarətçilərin sayının artırılması, müştəri məmnunluğunun yüksəldilməsi, həmçinin ölkədaxili və xarici tanıtım kampaniyalarının aparılması olduğunu diqqətə çatdırıb.

Rüstəm Nəcəfov Turizm Mərkəzinin ölkə xaricində geniş tanıtımı üçün bir sıra beynəlxalq sərgilərdə aktiv təşviqat işlərinin aparıldığını qeyd edib. O deyib: "2012-ci ildən istifadəyə verilən “Şahdağ” Turizm Mərkəzi Qusar rayonunun mərkəzindən 32 km məsafədə, Şahdağ Milli Parkının yaxınlığında, dəniz səviyyəsindən 1435 - 2552 metr yüksəklikdə yerləşir. Kompleks Azərbaycanda dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq istəyən həvəskarlar, həmçinin peşəkarlar üçün geniş imkanlara malikdir. Eyni zamanda, Mərkəz yay mövsümündə də istər yerli, istərsə də xarici qonaqlara maraqlı əyləncələr, həyəcan verici atraksionlar, müxtəlif turistik xidmətlər təklif edir. “Şahdağ” Turizm Mərkəzinin girişində yerləşən “Welcome Shahdag” turistlərin mərkəzdə qarşılaşdığı ilk nöqtədir. Bu ərazidə 363 yerlik avtomobil dayanacağı, həmçinin qonaqların qarşılanması, məlumatlandırılması və istiqamətləndirilməsi üçün “Welcome Plaza” binası istifadəyə verilib. Bu günə qədər Şahdağda görülən işlər bir neçə mərhələdən keçərək həyata keçirilib”.

Onun sözlərinə görə, ümumilikdə “Şahdağ” Turizm Mərkəzində 17 kanat yolu, müxtəlif çətinlik dərəcəsində olan 27 yamac və xizək məktəbi, 5 hotel, iaşə obyektləri, açıq və qapalı məkanlarda müxtəlif əyləncələr qonaqların xidmətindədir. Xüsusi ərazini qarla təmin etmək üçün 449 qar generatoru fəaliyyət göstərir: “Ötən il 4-cü mərhələ üzrə çətinlik dərəcəsi qırmızı olan, uzunluğu 6 km dən artıq yeni yamac istifadəyə verilib. Bu 2552 m hündürlükdə olan ən yüksək nöqtədir. Hazırda 4-cü fazanın istifadəsindən sonra Mərkəzdəki xizək sahəsi 29 km-ə yaxın bir məsafəni əhatə edir. "Şahdağ" Turizm Mərkəzi geniş ərazisi, müasir infrastrukturu və peşəkar kadrları ilə keyfiyyətli xidmət təqdim edə bilən mərkəzdir. Turizm Mərkəzində qonaqların asudə vaxtlarını xoş və maraqlı keçirmələri üçün yay əyləncələri kifayət qədərdir. Bunlara misal olaraq piyadalar üçün kanat yolu, adrenalin dolu bir atraksion olan “Shahdag Roler Goaster”, peşəkar bələdçilərin müşayiəti ilə təşkil edilən dağ yürüşü, böyüklər və uşaqlar üçün kvadrotsikl, müxtəlif hündürlüklərdən paraplanla uçuş, payntbol, oxatma, seqvey, əyləncəli və ekstrimal off-raud turlar, zipline, bobkart, batut, atla gəzinti, velosiped və digər əyləncələri qeyd edə bilərik”.

Rüstəm Nəcəfov deyib ki, bu il daha bir yenilik ərazidəki böyük gölün açılışıdır. Burada qonaqlar həm üzə, həm də katamaranlarla vaxtlarını əyləncəli keçirə biləcəklər. Bundan əlavə “Main plaza” adlandırdığımız ərazidə qonaqlar Park Cinema kinoteatrından, boulinq zalından, uşaqlar üçün oyun avtomatlarıından, açıq havada festivalların və konsert proqramlarının keçirilməsi üçün xüsusi ərazidən istifadə edə bilərlər. Eyni zamanda Turizm Mərkəzinin ərazisində 24 restoran və bar fəaliyyətdədir. “Onların bəziləri hotellərdə, digərləri isə kompleks ərazisində xidmət göstərir. “Şahdağ” Turizm Mərkəzinin ərazisində 5 hotel fəaliyyət göstərir. 2022-ci ilin statistik məlumatlarına əsasən turizm mərkəzinə 109 minə yaxın ziyarətçi səfər edib, tabeliyində olan hotellərində isə 60 minə yaxın şəxs qonaqlayıb. Cari ilin yanvar-iyun aylarında turizm mərkəzini 70 minə yaxın şəxs ziyarət edib, hotell xidmətlərindən isə yerli və xarici turist olmaqla 26 minə yaxın qonaq istifadə edib", - deyə o vurğulayıb.

Tədbirdə media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.

Mediatur çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan kanat yollarından, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər.
“Şahdağ” Turizm Mərkəzi yay mövsümünə başlayır - FOTOLAR
“Şahdağ” Turizm Mərkəzi yay mövsümünə başlayır - FOTOLAR
“Şahdağ” Turizm Mərkəzi yay mövsümünə başlayır - FOTOLAR
“Şahdağ” Turizm Mərkəzi yay mövsümünə başlayır - FOTOLAR
“Şahdağ” Turizm Mərkəzi yay mövsümünə başlayır - FOTOLAR
“Şahdağ” Turizm Mərkəzi yay mövsümünə başlayır - FOTOLAR

Son xəbərlər

Süni intellekt və Yaradan: yaradılış və Yaradan haqqında düşüncələr

Haqqında yayılan xəbərlərə belə açıqlama verdi

Azərbaycan komandası "Microsoft Office Specialist" dünya çempionatında yüksək nəticə göstərib

“Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar

Vurulan Türkiyə gəmisinin heyəti Rusiyaya təxliyə edildi - YENİLƏNİB

Ceki Çan Bakıya gəldi - FOTO

Araz Ağalarovun ikinci nikahından olan övladları - FOTO

Qardaşı oğlu ilə dənizdə batan Arifin - Fotosu

Güllünü doğma qızı öldürübmüş - İstintaq yekunlaşdı

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu

Ürək dayansa nə etməli? - Həkimdən həyati əhəmiyyətli xəbərdarlıq

“Yaprak Dökümü”nün aktyoru “Uzak Şehir”də

Tovuzun suyu, Arif Həsənovun yeni yaşı və solmayan xasiyyəti - FOTOLAR

Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31